Bakı-Qazax yolunda zəncirvari qəza baş verib <font color=red><b>-Foto</b></font>
09:22 - 9 Yanvar 2021 tarixində dərc olunub.
Bakı-Qazax yolunda zəncirvari qəza baş verib.
Trend-in məlumatına görə, hadisə yolun Kürdəmir rayonu ərazisindən keçən hissəsində olub.
Yolda bir neçə minik və yük avtomobillərinin idarəetməni itirməsi nəticəsində yolun hərəkət zolağından çıxaraq bir-birinə dəyib. Hadisə nəticəsində xəsarət alanların olub-olmaması məlum deyil.
Zəncirvari qəzanın baş verməsinə səbəb yolun hərəkət hissəsinin buz bağlamasıdır.