Ucnoqta.az
www.ucnoqta.az

Şirvanda avtomobil piyadanı vurub öldürdü

21:43 - 1 Dekabr 2020 tarixində dərc olunub.

Şirvanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Şirvan-Salyan magistralının Şirvan şəhər ərazisində yolu keçən piyadanı avtomobil vuraraq öldürüb. Piyadanın ölümünə səbəb olan sürücü avtomobillə hadisə yerindən qaçıb.

Hüquq-mühafizə orqanları hadisəni törədən sürücünün və piyadanın kimliyinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat tədbirləri həyata keçirirlər.
Ölən piyadanın meyiti Şirvan morquna yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.///Apa

Müəllif: