Ucnoqta.az
www.ucnoqta.az

Türkiyəli minaaxtaranlar azərbaycanlı həmkarlarına dəstəyə gəlib

19:46 - 30 Noyabr 2020 tarixində dərc olunub.

Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunlarının minaaxtaran qrupları Azərbaycana gəlib.


"Ucnoqta.az" Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, onlar 44 günlük Vətən müharibəsi nəticəsində Ermənistanın işğalından azad edilən ərazilərdə Azərbaycan Ordusunun minaaxtaran qrupları ilə birgə minaların axtarışına başlayıblar.

Məlumatda türkiyəli minaaxtaranların Azərbaycan Ordusuna təlimlər keçəcəyi də vurğulanıb.

 

Müəllif: