Ucnoqta.az
www.ucnoqta.az

<b>Mikroavtobus 100 metr hündürlükdən uçuruma düşdü;<font color=red> 7 ölü, 11 yaralı</font></b>

11:33 - 30 Noyabr 2020 tarixində dərc olunub.

Perunun şimal-qərbində mikroavtobusun iştirakı ilə ağır yol qəzası baş verib. Ucnoqta.az xəbər verir ki, hadisə La-Libertad departamentində qeydə alınıb. Bu barədə “Sinhua” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, noyabrın 29-da səhər saatlarında içərisində 18 nəfərin olduğu mikroavtobus, qəfildən sürücünün idarəetməsindən çıxaraq dəmir arakəsmələrə çırpılaraq təxminən 100 metr hündürlükdən uçuruma yuvarlanıb.

Qəza nəticəsində 7 nəfər ölüb, 11 nəfər isə xəsarət alıb. Yaralılar, hadisə yerinə cəlb edilən ambulanslarla xəstəxanaya yerləşdiriliblər.

Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır.

 

Namiq Musayev

Müəllif: