Ucnoqta.az
www.ucnoqta.az

Bakıda su hovuzuna düşən azyaşlıların meyiti tapılıb <font color=red><b>(Yenilənib) </b></font>

18:35 - 29 Noyabr 2020 tarixində dərc olunub.

Bakıda təsərrüfat sahəsindəki su hovuzuna düşən iki azyaşlının meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunda iki nəfərin (təxminən 10-12 yaşlarında) təsərrüfat sahəsindəki su hovuzuna (suvarma təyinatlı, dərinliyi təqribən 10 m) düşməsi və batması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Axtarışlar nəticəsində iki nəfərin meyiti tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.


17:58

Axtraşılar davam etdirilir

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunda 2 nəfər azyaşlının su hovuzuna düşməsi barədə məlumat daxil olub. FHN-dən verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Müəllif: