Ucnoqta.az
www.ucnoqta.az

Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə Fəaliyyət Planı təsdiq edilib - <font color=red><b>Sərəncam</b></font>

14:49 - 27 Noyabr 2020 tarixində dərc olunub.

Prezident İlham Əliyev “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə tapşırılır ki, bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirsin; həmin Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Müəllif: