Ucnoqta.az
www.ucnoqta.az

Ermənilər bu dəfə Laçını yandırırlar - <font color=red><b>FOTO</b></font>

13:23 - 26 Noyabr 2020 tarixində dərc olunub.

Noyabrın 10-da imzalanmış üçtərəfli sazişə əsasən, Azərbaycana təhvil verilməli olan Laçın erməni vandalları tərəfindən yandırılır.

Sosial şəbəkələrdə yayılan fotolardan məlum olur ki, Laçında yaşayan ermənilər ərazidə yanğınlar törədirlər.

Qeyd edək ki, erməni barbarları Kəlbəcəri təhvil verən zaman da yanğınlar törədiblər.
Xatırladaq ki, Laçın dekabrın 1-də Azərbaycana təhvil verilməlidir.

Müəllif: