Ucnoqta.az
www.ucnoqta.az

<b><font color=red>İki avtomobilin iştirakı ilə ağır yol qəzası; </font>3 ölü, 2 ağır yaralı<font color=red> - VİDEO</font></b>

16:27 - 25 Noyabr 2020 tarixində dərc olunub.

Rusiyanın İrkutsk əyalətində iki nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası baş verib. Ucnoqta.az xəbər verir ki, hadisə noyabrın 25-də səhər saatlarında Bratska rayonu ətrafında qeydə alınıb.

Regional polis idarəsinin mətbuat xidmətindən verilən məlumata görə, hələlik müəyyən olunmayan səbəblərdən “Toyota Corolla” və “Nissan X-Trail” markalı minik avtomobilləri toqquşub. Zərbənin şiddətindən hər iki minik maşını deformasiyaya uğrayaraq yol kənarına düşüb. Qəza nəticəsində 3 sərnişin dünyasını dəyişib, avtomobillərin sürücüləri isə ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər.

Faktla əlaqədar araşdırma aparılır.

 

Namiq Musayev

 

 

Müəllif: