Ucnoqta.az
www.ucnoqta.az

Koronavirusdan sağalmış insanlar ağır xəstələrə donor ola bilərlər- <font color=red><b>Mərkəzi Qan Bankı</b></font>

13:04 - 24 Noyabr 2020 tarixində dərc olunub.

Koronavirus infeksiyasından sağalmış insanlar ağır xəstələrə donor ola bilərlər.

Ucnoqta.az xəbər verir ki, bu barədə Mərkəzi Qan Bankından bildirilib. Məlumatda bildirilir ki, hazırda süni tənəffüs cihazına bağlı və vəziyyəti kritik olan xəstələr var:

“Aparılan təcrübə göstərir ki, bu xəstələr üçün Konvalesent İmmun Plazma müalicəsi çox effektivdir. Biz bu çətin günlərdə bir-birimizə dəstək olmaqla koronavirus (COVID-19) pandemiyasına qalib gələ bilərik”.

Müəllif: