Ucnoqta.az
www.ucnoqta.az

Bakıda eyni yolda iki qəza - <font color=red><b>Foto</b></font>

10:32 - 23 Noyabr 2020 tarixində dərc olunub.

Bakıda eyni yolda baş verən iki avtomobil qəzası tıxaca səbəb olub.

Bu barədə  Bakı Nəqliyyat Agentliyindən bildiriblər. Hadisə hava limanına gedən yolda qeydə alınıb.

Qəzalardan biri "Buta Palace" yaxınlığında baş verib. Zəncirvari qəza yolda sıxlığa səbəb olub.

Digər bir qəza da hava limanı istiqamətində qeydə alınıb. "Baku Ekspo Mərkəzi" yaxınlığında Ford markalı yük avtomobili aşıb. Bu qəza səbəbindən də sıxlıq müşahidə olunur.

Müəllif: