Ucnoqta.az
www.ucnoqta.az

Rusiyalı sülhməramlıların Qarabağda yerləşdirilməsi prosesi başa çatdı

20:29 - 20 Noyabr 2020 tarixində dərc olunub.

Rusiyanın sülhməramlı kontingentinin Qarabağda yerləşdirilməsi yekunlaşıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu rusiyalı sülhməramlıların regiondakı işləri ilə bağlı Rusiya prezidenti Vladimir Putinlə keçirdiyi görüşdə bildirib.

O qeyd edib ki, sülhməramlı kontingentin ərazidə yerləşdirilməsi başa çatıb və sülhməramlılar qarşıya qoyulmuş tapşırıqların icrasına başlayıb.

Müəllif: