Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda COVİD-19-dan ölüm səviyyəsi kifayət qədər aşağıdır -<font color=red><b> Baş infeksionist</b></font>

10:12 - 19 Noyabr 2020 tarixində dərc olunub.

Azərbaycanda COVİD-19 virusundan orta ölüm səviyyəsi kifayət qədər aşağıdır.

Bunu  Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

Baş infeksionist bildirib ki, qonşu ölkələrlə müqayisədə Azərbaycanda əhalinin sayına görə yoluxma göstəricisi daha aşağıdır:

"Təbii ki, bu, müsbət haldır. Bu, dövlətimizin pandemiya ilə daha effektiv mübarizə apardığını sübut edir".

Qeyd edək ki, Azərbaycanda indiyədək COVİD-19 virusundan 1030 nəfər ölüb.///trend

 

Müəllif: