Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycan əsgəri Azıx mağarasında - <font color=red><b>VİDEO</b></font>

09:51 - 19 Noyabr 2020 tarixində dərc olunub.

Azərbaycan Ordusunun əsgərləri Azıx mağarasından görüntülər çəkiblər.

Bu barədə sosial şəbəkədə video yayılıb.

Videoçəkilişi aparan hərbçi mağara daxilində ermənilərin tikinti-qazıntı işləri ilə məşğul olduqlarını nümayiş edib.

Qeyd edək ki, Azıx mağarası eyniadlı kəndin yaxınlığında yerləşir. Ermənistan silahlı qüvvələri bu kəndi 1993-cü ildə işğal etmişdi.

Xatırladaq ki, noyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Ordusunun Xocavənd rayonunun Azıx kəndini işğaldan azad etdiyini açıqlayıb.///report

Müəllif: