Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda daha 2 239 nəfər COVID-19-a yoluxub- <font color=red><b>25 nəfər vəfat edib</b></font>

14:38 - 18 Noyabr 2020 tarixində dərc olunub.

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 239 yeni yoluxma faktı qeydə alınıb, 1 217 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Ucnoqta.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 25 nəfər vəfat edib.

Müəllif: