Ucnoqta.az
www.ucnoqta.az

<b><font color=red>Mikroavtobus yük avtomobili ilə toqquşdu; </font>11 ölü, 16 yaralı<font color=red> - FOTO</font></b>

13:35 - 18 Noyabr 2020 tarixində dərc olunub.

Hindistanın Qudjarat ştatında iki nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası baş verib. Ucnoqta.az xəbər verir ki, hadisə noyabrın 18-də Vadodara dairəsində qeydə alınıb. Bu barədə “Times of India” nəşri yerli polisə istinadən məlumat yayıb.

Məlumat görə, mikroavtobusun və yük avtomobilinin toqquşması nəticəsində 11 nəfər ölüb, 16 nəfər isə xəsarət alıb.

Yaralılar ambulanslarla xəstəxanaya çatdırılıblar.

Qəza ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

 

Namiq Musayev

 

 

Müəllif: