Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda 2 075 nəfər COVID-19-a yoluxub

16:19 - 17 Noyabr 2020 tarixində dərc olunub.

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 075 yeni yoluxma faktı qeydə alınıb, 1 139 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 20 nəfər vəfat edib.

Müəllif: