Ucnoqta.az
www.ucnoqta.az

İcra başçısı üç ay əvvəl təyin etdiyi müavinini işdən çıxartdı

23:45 - 15 Noyabr 2020 tarixində dərc olunub.

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov müavinini vəzifədən azad edib. 

“Qafqazinfo” xəbər verir ki, başçının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri  Kənan İbrahimov vəzifəsindən azad olunub. Həmin vəzifəyə hələlik təyinat olmayıb.

Qeyd edək ki, Kənan İbrahimov müavin vəzifəsinə bu ilin  avqust ayında təyin edilmişdi.

Müəllif: