Ucnoqta.az
www.ucnoqta.az

Ermənistan Kəlbəcərdən çıxmaq üçün 25 noyabradək vaxt istəyib

14:47 - 15 Noyabr 2020 tarixində dərc olunub.

Ermənistan Kəlbəcərin tam boşaldılması üçün 25 noyabradək vaxt istəyib.

Bu fikirləri Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, Ermənilərin bəyanatda qeyd edilən rayonlardan çıxarılma işləri davam edir. Ermənistan Rusiya vasitəsilə Azərbaycandan 25 dekabra qədər vaxt istəyib:

"Azərbaycan Kəlbəcər rayonunun ərazi böyüklüyünü nəzərə alaraq və humanizm prinsipindən çıxış edərək Ermənistana 25 noyabra qədər vaxt verdi"

Müəllif: