Ucnoqta.az
www.ucnoqta.az

QHT Şurasının dəstəyi ilə “Leykozlu Uşaqlara Dəstək” İB-nin həyata keçirdiyi daha bir layihə yekunlaşıb

12:45 - 15 Noyabr 2020 tarixində dərc olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Leykozlu Uşaqlara Dəstək” İctimai Birliyinin həyata keçirdiyi daha bir layihə yekunlaşıb.

Ucnoqta.az xəbər verir ki, İB-nin həyata keçirdiyi “Qan xəstəlikləri və koronavirusdan zərər çəkənlərə dəstək və maarifləndirmə” adlı layihəsi çərçivəsində imkansız və qan xəstəliyindən əziyyət çəkən ailələrə ərzaq yardımı edilib. Belə ki, təşkilat Bakı şəhəri, Neftçala, Salyan, Biləsuvar, İsmayıllı və Mingəçevirdə məskunlaşan 20 ailəyə ərzaq yardımları edib. Ərzaq yardımı təqdim olunmuş aztəminatlı ailələrə Azərbaycan dövlətinin daim onların yanında olduğu diqqətə çatdırılıb. Xüsusilə koronavirus pandemiyasının qarşısının alınması istiqamətində dövlətin gördüyü işlər, virusa yoluxmamaq üçün tələb olunan qaydalara əməl olunması, qan xəstəliyindən əziyyət çəkən şəxslərin müalicə və müayinəsi barədə məlumatlandırıcı söhbət aparılıb. Qan xəstəliyindən əziyyət çəkən şəxslərin problemləri, onları narahat edən məsələlər öyrənilib.

Layihə çərçivəsində mətbuatda maarifləndirmə xarakterli 15 yazı çap edilib. Yazılarda qan xəstəlikləri, xəstəliyin qarşısının alınması yolları, dünyada qan xəstəliklərinin müalicəsi ilə bağlı əldə olunan yeniliklər, respublikamızda qan donorluğunun mövcud vəziyyəti, qan donorluğunun əhəmiyyəti, qan donorlarının bilməli olduğu vacib məsələlər, qan donorluğuna insanların təşviq edilməsi məsələləri işıqlandırılıb.

Müəllif: