Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda son sutkada 1849 nəfər COVID-19-a yoluxub- <font color=red><b>19 nəfər vəfat edib</b></font>

14:34 - 14 Noyabr 2020 tarixində dərc olunub.

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1849 yeni yoluxma faktı qeydə alınıb, 1048 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. 
Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 19 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 325, ötən müddət ərzində isə ümumilikdə 1 502 707 test aparılıb.

Müəllif: