Ucnoqta.az
www.ucnoqta.az

İşğaldan azad olunan Azərbaycan ərazilərində erməni vəhşilikləri üzə çıxıb

16:22 - 11 Noyabr 2020 tarixində dərc olunub.

İşğaldan azad olunan Azərbaycan ərazilərində erməni vəhşilikləri üzə çıxıb.

Bunu bu gün keçirilən mətbuat konfransında “Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı” İctimai Birliyinin sədri Faiq İsmayılov deyib.

O bildirib ki. ermənilər həmin ərazilərdə olan abidələri məhv edib, təhqir edib, dağıdıb: "Ermənistan Azərbaycanın işğal altındakı ərazilərdə müharibə cinayətləri törədib. Müxtəlif mədəniyyət abidələrini dağıdaraq qanunsuz fəaliyyət həyata keçirib. İşğal altında olan ərazilərin adları dəyişdirilərək erməniləşdirilməyə cəhd ediblər. Həmin ərazilərdə çoxlu sayda kilsələr inşa edib, Ermənilər Azərbaycan ərazilərindəki yüzlərlə erməni xaç nişanları quraşdırılıb. Tanınmış erməni terrorçularının xatirəsinə monumental abidələr tikilib. Onlar həmin ərazilərdən Azərbaycan tarixinə aid bütün əsasları silməyə cəhd edib".

 

Müəllif: