Ucnoqta.az
www.ucnoqta.az

Aİ Dağlıq Qarabağda döyüş əməliyyatlarının başa çatmasını alqışlayır

17:36 - 10 Noyabr 2020 tarixində dərc olunub.

Avropa İttifaqı (Aİ) Dağlıq Qarabağda döyüş əməliyyatlarının başa çatmasını alqışlayır və bunun nəticələrini təhlil edir.

Bunu Aİ-nin xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Peter Stano brifinq zamanı deyib.

O bildirib ki, Aİ əvvəldən tərəfləri atəşi dayandırmağa çağırırdı:

"Biz bu addımı alqışlayırıq və hazırda müharibənin fəsadlarını və regiondakı cari vəziyyəti təhlil edirik. Bundan sonra biz bəyanatla çıxış edəcəyik".

 

Müəllif: