Ucnoqta.az
www.ucnoqta.az

Nazir müavinləri Rusiyanın Azərbaycandakı səfirliyinə başsağlığı veriblər

16:40 - 10 Noyabr 2020 tarixində dərc olunub.

Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov və Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirov bu gün Rusiyanın Azərbaycandakı səfirliyində olublar.

Bu barədə Rusiyanın Azərbaycandakı səfirliyinin "Twitter" səhifəsində məlumat verilib.

X. Xələfov və R. Tahirov Rusiyaya məxsus Mi-24 hərbi helikopterinin Naxçıvan istiqamətində vurulması nəticəsində insan tələfatı ilə əlaqədar başsağlığı veriblər.

Müəllif: