Ucnoqta.az
www.ucnoqta.az

Mehriban Əliyevadan Bayraq Günü təbriki

13:12 - 9 Noyabr 2020 tarixində dərc olunub.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva instaqram hesabında Bayraq Günü ilə bağlı paylaşım edib.

Paylaşımda deyilir:
"Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə bütün həmvətənlərimizi səmimi-qəlbdən təbrik edirəm! Bizim qəlblərimiz öz bayrağımıza və Vətənimizə görə həmişə qürur hissi ilə dolu olacaq! Qoy bizim üçrəngli bayrağımız suveren, qüdrətli Azərbaycan səmasında əbədi dalğalansın!"

Müəllif: