Ucnoqta.az
www.ucnoqta.az

Mövlud Çavuşoğlu Azərbaycan xalqını təbrik edib

10:49 - 9 Noyabr 2020 tarixində dərc olunub.

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Türkiyə Xarici İşlər naziri bu barədə tvitter hesabında yazıb.
"Qardaş Azərbaycanın Dövlət Bayraq Günü mübarək olsun! Qəhraman ordusunun azad etdiyi torpaqlarda şanlı Azərbaycan bayrağı yenidən dalğalanır.

Üç rəngli bayrağınla məsud yaşa, can Azərbaycan!" - Mövlud Çavuşoğlu qeyd edib.

Müəllif: