Ucnoqta.az
www.ucnoqta.az

Düşmənin Ağdamı atəşə tutması nəticəsində 1 nəfər yaralanıb

21:33 - 8 Noyabr 2020 tarixində dərc olunub.
Xəbər verildiyi kimi, bu gün düşmən tərəfinin silahlı birləşmələri tərəfindən Ağdam rayonu müxtəlif istiqamətlərdən ağır artilleriyadan atəşə tutulub. Baş Prokurorluqdan Ucnoqta.az-a verilən məlumata görə, saat 20 radələrində Ağdam rayonu, Orta Qərvənd kəndinin ərazisinə mərmi düşməsi nəticəsində 1967-ci il təvəllüdlü Bədəlov Muxtar Əli oğlu xəsarət alıb. Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.
Müəllif: