Ermənistanda daha 2 175 nəfərdə koronavirus aşkarlanıb.
Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bununla da Ermənistanda virusa yoluxanların sayı 106 424-ə yüksəlib.
Ölkədə pandemiyadan ölənlərin sayı 26 nəfər artaraq 1 559-a çatıb.
Hazırda Ermənistanda 40 281 aktiv koronavirus xəstəsi var.