Ucnoqta.az
www.ucnoqta.az

Nə əcnəbi döyüşçülər, nə hansısa könüllü dəstələr Azərbaycan əsgərini durdura bilməz- <font color=red><b>Anar Eyvazov</b></font>

18:45 - 7 Noyabr 2020 tarixində dərc olunub.

Düşmənin atəş nöqtələrini susdurmaq üçün yalnız sərhədlərimiz çərçivəsində tədbirlər görülür.

Ucnoqta.az xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib. A.Eyvazov deyib ki, Zəngilanda və işğaldan azad edilmiş digər ərazilərdə baxış zamanı əldə edilən sənədlər və digər kəşfiyyat materiallarından aydın olur ki, Azərbaycan Ordusu həm də muzdlularla mübarizə aparır:

"Düşmən anlamalıdır ki, həyatda qalmaq üçün onların tək yolu vaxt itirmədən silahı yerə qoymaq, döyüş meydanını tərk etməkdir. Nə əcnəbi döyüşçülər, nə də hər hansı könüllü dəstələr Azərbaycan əsgərini durdura bilməz. Hazırda əməliyyat şəraiti ordumuzun nəzarətində olmaqla, cəbhənin bütün istiqamətində döyüşlər davam edir".

Müəllif: