Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı hərbi cinayətləri dayanmır.
Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz "Twitter" hesabında yazıb.
H.Hacıyev bildirib:
"Ermənilərin hücumu nəticəsində Bərdə rayonunda bir yeniyetmə oğlan həlak olub, Tərtər rayonunda isə bir mülki şəxs yaralanıb. Ermənistan tərəfindən öldürülən dinc əhalinin sayı artmağa davam edir".