Ucnoqta.az
www.ucnoqta.az

"Füzuli rayonundakı qəbiristanlıq yerlə bir edilib"- <font color=red><b>Hikmət Hacıyev</b></font>

19:23 - 6 Noyabr 2020 tarixində dərc olunub.

"Azərbaycanın Füzuli rayonundakı qəbiristanlıq ermənilər tərəfindən yerlə bir edilib. Hətta qəbiristanlıqlar da erməni vandalizminə və barbarlığına məruz qalıb.


Bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitter hesabında yazıb.

"Ermənistanın törətdiyi daha çox faktlar və hərbi cinayətlər işğal altındakı torpaqlara baxış zamanı ortaya çıxacaq. Ermənistan bu ərazilərdə Azərbaycanın bütün izlərini silməyə çalışıb", - o əlavə edib.

Müəllif: