Ucnoqta.az
www.ucnoqta.az

"Düşmənin Xankəndi yaxınlığında yerləşən silah-sursat anbarı partlayıb" - <font color=red><b>Müdafiə Nazirliyi</b></font>

13:20 - 6 Noyabr 2020 tarixində dərc olunub.

Xankəndi yaxınlığında yerləşən silah-sursat anbarından yük avtomobillərinə yüklənən döyüş sursatlarının partlaması güclü yanğına səbəb olub.

Müdafiə Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, alov tez bir zamanda anbara keçib və nəticədə güclü partlayış baş verib.

Sursat anbarı Ağdərədə yerləşən düşmənin 10-cu dağatıcı diviziyası və 5-ci dağatıcı alayının artilleriya və digər bölmələrini silah və döyüş sursatları ilə təmin edirdi.

Müəllif: