Düşmən Tərtərin kəndlərini atəşə tutur - <font color=red><b>MN</b></font>
09:16 - 6 Noyabr 2020 tarixində dərc olunub.
Noyabrın 6-sı saat 08:00-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini, rayonunun Qazyan və Hüsənli kəndlərini atəşə tutur.
Müdafiə Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin atəş nöqtələrinin susdurulması üzrə cavab tədbirləri görülür.
Gecə ərzində Goranboy rayonunun Tapqaraqoyunlu kəndi də düşmən tərəfindən artilleriya atəşinə tutulub.