Ucnoqta.az
www.ucnoqta.az

"Hər kəs Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəkləməlidir" - <font color=red><b>Çavuşoğlu</b></font>

15:00 - 4 Noyabr 2020 tarixində dərc olunub.

Azərbaycanın ərazi bütövlüyü hər kəs tərəfindən qeyd-şərtsiz dəstəklənməlidir.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Twitter” hesabında bildirib.

Avropa Şurası Nazirlər Komitəsinin 130-cu iclasına qatıldıqlarını deyən nazirin sözlərinə görə, başqalarının müqəddəs dəyərlərini təhqir etmək ifadə azadlığı hesab oluna bilməz.

“Terrorun istənilən formasını qınayırıq və hamıdan eyni münasibəti gözləyirik”.

Müəllif: