Ucnoqta.az
www.ucnoqta.az

Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub - <font color=red><b>MN</b></font>

10:10 - 4 Noyabr 2020 tarixində dərc olunub.

Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan yenə atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

"Noyabrın 4-ü saat 01:08-dən 08:10-dək Ermənistanın Berd rayonu istiqamətindən Azərbaycanın Tovuz və Ağstafa rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən ara-sıra atəşə tutulub", - məlumatda qeyd olunub.

Müəllif: