Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda son sutkada 1242 nəfər COVID-19-a yoluxub

15:06 - 3 Noyabr 2020 tarixində dərc olunub.

551 nəfər sağalıb, 15 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1242 yeni yoluxma faktı qeydə alınıb, 551nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.

Müəllif: