Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycan dost Əfqanıstanla həmrəydir - <font color=red><b>XİN</b></font>

11:50 - 3 Noyabr 2020 tarixində dərc olunub.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Əfqanıstana başsağlığı verib.

Bu barədə XİN-in "Twitter"də səhifəsində bildirilib.

“Kabil Universitetinə edilən silahlı hücumu qətiyyətlə pisləyirik. Günahsız qurbanların ailələrinə, Əfqanıstan xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Yaralananların tezliklə sağalmasını arzulayırıq. Azərbaycan dost Əfqanıstanla həmrəydir”, - deyə qeyd olunub.

Xatırladaq ki, noyabrın 2-də Kabil Universitetinin Hüquq fakültəsinin yerləşdiyi binaya silahlı şəxslər hücum edib. Hücum nəticəsində 19 nəfər həlak olub, 22 nəfər yaralanıb.

Müəllif: