Ermənistan dövlət sərhədində atəşkəs rejimini yenə pozub - <font color=red><b>MN</b></font>
08:52 - 3 Noyabr 2020 tarixində dərc olunub.
Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan yenə atəşə tutub.
Müdafiə Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, noyabrın 3-ü saat 00:25-dən 04:45-dək Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonlarından Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən atəşə tutulub.