Ucnoqta.az
www.ucnoqta.az

Noyabrın 2-dən dərslər distant formada keçiriləcək

21:41 - 29 Oktyabr 2020 tarixində dərc olunub.

Oktyabrın 29-da Nazirlər Kabineti tərəfindən "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə" Qərar (https://nk.gov.az/az/document/4887/) qəbul edilib.

Təhsil Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, qərarda bildirilir ki, xüsusi karantin rejimi dövründə ölkəmizdə fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2020-ci il 2 noyabr tarixindən tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili təmin edilsin.

Bu Qərarla bağlı sabah təşkil ediləcək brifinqdə daha ətraflı məlumat veriləcək.

Müəllif: