Ucnoqta.az
www.ucnoqta.az

<b><font color=red>Məktəb avtobusu xidməti avtomobillə toqquşdu; </font>ölən və xəsarət alan var <font color=red>- FOTO</font></b>

17:36 - 28 Oktyabr 2020 tarixində dərc olunub.

ABŞ-da məktəb avtobusunun və xidməti avtomobilin iştirakı ilə ağır yol qəzası baş verib. Ucnoqta.az xəbər verir ki, hadisə Tennessi ştatının “58” avtomobil yolunda qeydə alınıb. Bu barədə oktyabrın 28-də “TASS” agentliyi məlumat verib.

Məlumata görə, mühəndis-texniki təminat maşınının sürücüsü vaxtında əyləcə basmayaraq məktəbli avtobusu ilə toqquşub. Qəza nəticəsində 7 yaşlı qız və avtobus sürücüsü ölüb, bir neçə nəfər də xəsarət alıb.

Ştat polisi hadisənin təfərrüatları ilə əlaqədar yaxın saatlarda geniş məlumat verəcəyini bildirib.

 

Namiq Musayev

 

Müəllif: