Ucnoqta.az
www.ucnoqta.az

Fransanın müvəqqəti işlər vəkili İran XİN-ə çağırılıb

14:45 - 27 Oktyabr 2020 tarixində dərc olunub.

Fransa rəsmilərinin İslam peyğəmbəri barədə karikaturaları dəstəkləmələri ilə bağlı Fransanın Tehrandakı səfirliyinin müvəqqəti işlər vəkili Florent Aydalot İranın Xarici İşlər Nazirliyinə çağırılıb və İranın rəsmi etirazı ona bildirilib.

Fransa rəsmisinə çatdırılıb ki, İslam peyğəmbərinə hər hansı hörmətsizlik kəskin şəkildə pislənilir:

"İran Fransada islamofobiyanın güclənməsi və söz azadlığı adı altında nifrətin qızışdırılmasından dərin təəssüflənir".

 

Müəllif: