Ucnoqta.az
www.ucnoqta.az

“Ermənistanın baş naziri yenidən yalan danışır”-<font color=red><b>Hikmət Hacıyev</b></font>

08:56 - 26 Oktyabr 2020 tarixində dərc olunub.

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitter səhifəsində Ermənistanın əldə edilən humanitar atəşkəsi yenidən pozması ilə bağlı məlumat paylaşıb.

Məlumatda deyilir:
“Ermənistanın baş naziri yenidən yalan danışır. Ermənistan silahlı qüvvələri humanitar atəşkəsi pozaraq saat 08:04-dən Tərtər rayonunu və kəndlərini atəşə tutmağa başlayıblar. Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Ermənistan artilleriya və minaatanlarla saat 08:05-dən qüvvələrimizə hücum edir”.

Müəllif: