Ucnoqta.az
www.ucnoqta.az

Baş Prokurorluqdan sosial şəbəkə istifadəçilərinə və KİV nümayəndələrinə <font color=red><b>XƏBƏRDARLIQ</b></font>

11:48 - 25 Oktyabr 2020 tarixində dərc olunub.

Azərbaycan Respublikasının Baş Prokurorluğu ölkədə olan müharibə vəziyyətini nəzərə alaraq sosial şəbəkə istifadəçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələrinə xəbərdarlıq edib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Ucnoqta.az-a bildirilib ki, Azərbaycan Ordusunun əməliyyatlarına dair video, foto və informasiyaların çəkilməsi, yayılması və paylaşılması qadağandır.

Qeyd olunub ki, bu tipli hərəkətlər düşmənin informasiya əldə etməsinə şərait yaratmaqla yanaşı, hərbçilərimizin həyatı təhlükəsinə səbəb olmaqdır.

Bildirilib ki, bu kimi hərəkətlər qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

Müəllif: