Ucnoqta.az
www.ucnoqta.az

Laçın və Qubadlı Ermənistan ərazisindən raket-artilleriya atəşinə tutulur-<font color=red><b> Müdafiə Nazirliyi</b></font>

14:07 - 24 Oktyabr 2020 tarixində dərc olunub.

Azərbaycan Ordusu bölmələrinin Laçın və Qubadlı istiqamətlərində həyata keçirdiyi əməliyyatların qarşısını almaq məqsədilə Ermənistan növbəti təxribata əl atıb.

Bu barədə Ucnoqta.az-a Müdafiə Nazirliyindən bildirilib. Belə ki, hazırda Ermənistanın Gorus və Qafan rayonları ərazisində, dövlət sərhədinə yaxın yerdə döyüş mövqeyi tutan düşmənin raket və artilleriya qurğuları Laçın və Qubadlı ərazilərini güclü atəşə tutur.

Qarşı tərəfin məqsədi Azərbaycan Ordusunu Ermənistan ərazisinə atəş açmağa təhrik etməkdir.

Müəllif: