Ucnoqta.az
www.ucnoqta.az

“Ermənistanın hücumu nəticəsində 16 yaşlı yeniyetmə vəfat edib” - <font color=red><b>Hikmət Hacıyev</b></font>

11:17 - 24 Oktyabr 2020 tarixində dərc olunub.

Ermənilərin mülki vətəndaşlara qarşı təcavüzü davam edir.

Bununla bağlı Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında məlumat paylaşıb.

“Ermənistanın mülki vətəndaşlara, xüsusilə uşaqlara qarşı təcavüzü davam edir. Düşmənin Smerç raketinin həyətlərinə düşməsi nəticəsində Tərtər şəhər sakini 16 yaşlı yeniyetmə Orxan İsmayılzadə vəfat edib. Həmin vaxt mövsümlə əlaqədar olaraq Orxan xurma yığırdı”.

 

Müəllif: