Ucnoqta.az
www.ucnoqta.az

Siyəzəndə iki yük maşını toqquşub-<font color=red><b> Xəsarət alanlar var</b></font>

14:26 - 21 Oktyabr 2020 tarixində dərc olunub.

Siyəzən rayonunun Beşdam kəndi ərazisində “HOWO” və “Mercedes” markalı iki yük avtomobili toqquşub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan iki nəfəri deformasiyaya uğrayan “Mercedes” markalı yük avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Müəllif: