Ucnoqta.az
www.ucnoqta.az

Gəncədə dağıntılar arasında tapılan yeniyetmənin sabah ad günü olacaqdı -<font color=red><b> Hikmət Hacıyev</b></font>

11:33 - 17 Oktyabr 2020 tarixində dərc olunub.

Gəncə şəhərində dağıntılar arasında yeniyetmənin şəxsiyyət vəsiqəsi aşkar edilib.

Bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz “Twitter” səhifəsində yazıb.

O bildirib ki, Ermənistanın Gəncə şəhərinə raket hücumu nəticəsində baş verən dağıntıların arasında Nigar Əsgərovanın şəxsiyyət vəsiqəsi tapılıb: "Sabah, oktyabrın 18-də onun ad günü olacaqdı".

Qeyd edək ki, Gəncənin mərkəzi hissəsinin raket atəşinə tutulması nəticəsində 13 nəfər həlak olub, 50-dən çox sakin yaralanıb.///trend

 

Müəllif: