Ucnoqta.az
www.ucnoqta.az

Ermənilərin öldürdüyü mülkilərin sayı 47-yə çatdı, 222 yaralı var

11:37 - 16 Oktyabr 2020 tarixində dərc olunub.

Erməni təxribatı nəticəsində ölən və yaralanan Azərbaycan mülki vətəndaşlarının sayı açıqlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən  verilən məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində 47 mülki şəxs həlak olub, 222 nəfər yaralanıb.

Bundan başqa, 301 mülki obyekt, 1669 yaşayış evi və 84 çoxmənzilli yaşayış binası yararsız hala düşüb.

Müəllif: