Ucnoqta.az
www.ucnoqta.az

<b><font color=red>Kater partladı; </font>13 nəfər yanıq xəsarətləri alıb<font color=red> - FOTO</font></b>

12:07 - 16 Oktyabr 2020 tarixində dərc olunub.

ABŞ-ın Florida ştatında katerin partlaması nəticəsində azı 13 nəfər yanıq xəsarətləri alıb. Ucnoqta.az xəbər verir ki, hadisə Fort-Loderdey şəhərində baş verib. Bu barədə “WPLG Local 10” telekanalına yanğınsöndürmə xidmətinin tabor komandiri Stiven Holland məlumat verib.

Hollandın sözlərinə görə, partlayış zamanı katerin göyərtəsində 21 nəfər olub. Yaralılardan 5-i xəstəxanaya çatdırılıb. Bir çoxları isə tibbi yardım almaqdan imtina ediblər.

Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.

 

Namiq Musayev

 

Müəllif: