Ucnoqta.az
www.ucnoqta.az

<b>Ad gününə hədiyyə olunan lotereya biletindən 860 min dollar qazandı</b>

11:52 - 16 Oktyabr 2020 tarixində dərc olunub.

Avstraliyanın Sidney şəhərində oğlan ad günü münasibəti ilə valideynlərindən aldığı hədiyyə lotereya biletindən bir neçə yüz min dollar qazanıb. Ucnoqta.az xəbər verir ki, bu barədə “UPI” portalı məlumat yayıb.

Bildirilir ki, anonimliyinin gizli saxlanılmasını istəyən avstraliyalı, analığından və atasından oktyabrın 10-da oynanılan lotereya bileti alıb və o, 860 min dollar pul mükafatı udub.

“Bu indiyə qədər aldığım ən yaxşı hədiyyədir!” – deyə oğlan söyləyib. 

Onun sözlərinə görə, məhz valideynləri onun yadına salıblar ki, oynanılan lotereyanın nəticəsini yoxlasın: "Onlar hədiyyə etdikləri biletin mükafat qazanıb-qazanmayacağını öyrənməyə can atırdılar!"

Şəhər sakini qazanılan pulla, yeni avtomobil alacağını və borclarını ödəmək fikrində olduğunu deyib.

 

Namiq Musayev

Müəllif: