Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinə telefonla zəng edib.
Ucnoqta.az xəbər verir ki, tərəflər telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər. Hər iki ölkə lideri oktyabrın 10-da əldə edilən humanitar atəşkəsə əməl edilməsinin vacibliyini vurğulayıblar.
Tərəflər Dağlıq Qarabağla bağlı siyasi prosesin, xüsusən də ATƏT-in Minsk qrupu çərçivəsində aktivləşdirilməsinin lehinə çıxış ediblər.